İntihar edən rəqqasın qohumu: “Borcları, ailəsində problemləri…”backend

Xəbər verildiyi kimi, bu gecə tanınmış rəqqas Dəyanət Məmmədov intihar edib.

Onun Qubada kirayə qaldığı mənzilində özünü asaraq həyatına son verdiyi bildirilir.

Rəqqasın qohumu Nurlan Əzizov Cebhe.info-ya intiharın səbəblərindən danışıb.

Onun sözlərinə görə, mərhum həyat yoldaşından ayrılmaq ərəfəsində olub:

“Özüm hazırda dəfnə tələsirəm, nədən intihar etdiyini dəqiq bilmirəm. Ailəsi ilə bağlı problemləri vardı.  Borclarının olduğunu bilirəm, yəni bildiyim məlumatlar bunlardır. İki qızı vardı, 30-dan çox yaşı olardı”.

Rəqqasın musiqiçi dostu Təbriz Məzahiroğlu isə intihar xəbərini dostlardan öyrəndiyini deyib:

“Sağlam adam idi, sənət adamı kimi yaxın idik. İntihar səbəbini bilmirəm”.