İran hərbçilərinə Xudafərin körpüsü yaxınlığında rast gəlinməsi xəbərinə Hərbi ekspertdən reaksiyabackend

Ötən gün Baku TV-nin efirində  44 günlük Vətən müharibəsində Cəbrayıl və Xudafərin körpüsünün işğaldan azad olunmasından sonra Azərbaycanlı hərbçilərin Cəbrayıl rayonu ərazisində İran hərbiçilərinə rast gəlindiyini göstərən görüntülər yayılıb.

Sözügedən süjetlə bağlı “Yeni Gundem”-ə açıqlama verən Hərbi ekspert Ədalət Verdiyev müharibədən sonrada İran hərbçiləri maşının Qarabağda yerləşdiyinin şahidi olduğunu, sonralar isə onların Azərbaycan Silahlı Qüvvələrinin vəzifələri şəxsləri tərəfindən Azərbaycan ərazisindən çıxarıldığını vurğuladı.

“Müharibə zamanı İran hərbçilərinin Azərbaycan ərazilərinə müdaxilə etməsi birmənalı olaraq Ermənistan və onun Qarabağdakı silah, Qarabağ və ətraf rayondakı silahlı birləşmələri müdafiə etmək məqsədilə onların geri çəkilməsi və yenidən müdafiəyə hazırlıq məqsədi ilə mühəndis qurğularını inşa etməsinə zəruri olan zamanı qazandırmaq məqsədilə atılan bir addım idi. Mən nəinki bu fəaliyyətlər barədə eşitmişəm, mən hətta müharibə başa çatdıqdan sonra belə həmin ərazilərdə İran hərbçilərini həmin zirehli mrap tipli, maşınlarda Azərbaycan ərazilərində yerləşdiyinin şahidi olmuşam. Azərbaycanın Silahlı Qüvvələrinin, vəzifəli şəxsləri tərəfindən həmin İran qoşunları Azərbaycan ərazilərindən çıxarıldı və Azərbaycanın Xudafərin və Cəbrayıl istiqamətində olan sərhədləri tamamilə bərpa edildi. Belə addımlar İran tərəfindən Birinci Qarabağ müharibəsi zamanı da atılmışdı. Dəfələrlə onlar tərəfindən ermənilərə silah medikament, ərzaq, sursat yardımı barədə, belə deyək, vizual faktlar Azərbaycan tərəfindən əldə olunmuşdu. Bizim əlimizdə belə faktlar var idi. Odur ki, bu bizim üçün yenilik dey.Daim ətrafında onun maraqlarına uyğun olan bir Azərbaycan görmək istəyib. Bu belə olmayınca o, məcburən, belə deyək, Azərbaycana qarşı Ermənistan dəyənəyindən istifadə etməyi özünə borc bilib. Lakin bütün bunlar bizi çox narahat eləməz. Azərbaycan artıq əvvəlki Azərbaycan deyil ki, İran ona hansısa bir şəkildə təzyiqlər göstərə bilsin.Əgər İran Azərbaycana qarşı pis fikirlərə düşərsə və yaxud da öz ərazisində belə deyil, erməni konsulluğuna erməni sevdasını çox nümayiş etdirərsə. Bu gün  İran ərazisində baş verən hadisələrin miqyası sonu məlum olmayan və proqnozlaşdırılmayan təlatümlərə gətirib çıxara bilər.”

Fərahim RƏHİMOV

Yenigundem.az