“İrəvan Moskva ilə ultimatumla danışmamalıdır” –  Paşinyanbackend

Laçın dəhlizi rusiyalı sülhməramlıların nəzarəti altındadır və onun işini sülhməramlılar təmin etməlidir.

“Yeni Gundem” xəbər verir ki,bu sözləri Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib.

O, Ermənistan KTMT və MDB-ni tərk etmək niyyətində olmadığını açıqlayıb.

Paşinyan, bildirib ki, İrəvan Moskva ilə ultimatumla danışmamalıdır: “Düşünmürəm ki, biz tərəfdaşlarımızla ultimatum dilində danışmalıyıq. Bu məsələ ilə bağlı deməli olduqlarımızı dəfələrlə demişik və bununla bağlı əlavə edəcəyimiz bir şey yoxdur”.

Fərahim RƏHİMOV