“İrəvan sülhdən kifayət qədər uzaqlaşmağa cəhd edir”-POLİTOLOQbackend

Dünən ki, hadisələr Ermənistan rəhbərliyinin fəaliyyət və davranışlarının məntiqi davamıdır. Belə ki, xeyli müddətdir ki, Ermənistan sülh sazişini bağlamaq niyyətində deyil. İrəvan sülhdən kifayət qədər uzaqlaşmağa cəhd edir.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Politoloq Sabir Məmmədli bildirib.

O vurğulayıb ki, Ermənistan öz düşüncəsində belə fikrə əsaslanır ki, vaxt getdikcə müəyyən dəyişikliklər baş verəcək.

“Türkiyədə seçkilər, Rusiya -Ukrayna müharibəsi fonunda yeni düzənin formalaşması və s .bu kimi arqumentləri nəzərdən keçirirlər. Ermənistan vaxtı uzatmağa çalışır. Dünən ki, toqquşma məhz bu davranışın reallıqda həyata keçirilməsinin təzahürdür. Nəzərə almaq lazımdır ki, hadisə İran-Azərbaycan münasibətlərinin gərginləşməsi , eyni zamanda Rusiya -Ermənistan münasibətlərinin kəskinləşməsi fonunda baş verir. Son dövrlərdə İranla Ermənistan arasında kifayət qədər birgə sinxron fəaliyyət özünü göstərir”.

O söyləyib ki, Ermənistan silahlı qüvvələri Azərbaycan hərbiçilərinin yerləşdiyi mövqedə möhkəmlənməyə səy göstərib.

“Dünən ki, toqquşmalara diqqət yetirsək görərik ki, Ermənistan silahlı qüvvələri Azərbaycan hərbiçilərinin yerləşdiyi mövqedə möhkəmlənməyə səy göstərib. İstehkamların yaradılması, səngərlərin qazılması Azərbaycan Ordusuna yaxın məkanda baş verib. Hətta yol keçidinə də təhlükə yaradılmışdı. Dünən Ermənistanın baş naziri Nikol Paşinyan səhər saatlarında ölkənin müdafiə nazirliyinə gələrək toplantı keçirib. Nikol Paşinyanın başqa açıqlamalarıda Ermənistan KİV-də gedib. Nəzərə almaq lazımdır ki, belə bir şəraitdə Ermənistanın xüsusi korpus komandirinin orda olması onu göstərir ki, İrəvan bu hərəkəti plana uyğun şəkildə həyata keçirib. Hesab edirəm ki, Azərbaycan hərbiçiləri erməni hərbçiləri ilə bu məsələlərdə qətiyyən təmasda olmalı deyillər. Bu mənada düşməni düşmən kimi qəbul etmək lazımdır”- deyə o qeyd edib.

Fərahim Rəhimov