“İrəvanın təxribatlara əl atmaqda bir neçə məqsədi var”- POLİTOLOQbackend

Ermənistanın təxribatı gözlənilən idi. Hərbi və diplomatik gərginlik artmaqda idi. Ermənistan rəsmiləri müxtəlif iddialarla Azərbaycanı ittiham etməyə çalışırdılar.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Politoloq Kənan Novruzov bildirib.

O açıqlayıb ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iranlı həmkarı Əli Şamxeyni ilə görüşündən sonra hansısa təxribatın törədilməsi təəccüblü görünmür.

“Son zamanlar İranla Ermənistan arasında əməkdaşlıq güclənib. İrəvanın təxribatlara əl atmaqda bir neçə məqsədi var. Vaxtı uzatmaq, ehtimal olunan sülh müqaviləsində öz şərtlərində diqtə etmək, daxili narazılığı tənzimlənmək. Sülh müqaviləsinin imzalanması ehtimalı yüksək idi. Qərbin vasitəçiliyi ilə bunun reallaşması gündəmdə idi. Moskva formatı sonuncu planlara keçmişdir.Təxribat Ermənistan tərəfinə baha başa gələr. Adekvat cavab tədbirləri görüləcək”,- deyə o qeyd edib.

Fərahim Rəhimov