İŞİD-dən bombalı hücum – Əməliyyata başlanıldıbackend

İŞİD İraqın Diyalə şəhərində bombalı hücum edib.

“Yeni Gündəm” xəbər verir ki, Mənsuriyə qəsəbəsində tarlaya yerləşdirilən uzaqdan idarə olunan bomba partladılıb.

Hadisə zamanı 1 dinc sakin həlak olub, 2 nəfər isə yaralanıb.

Məlumata görə, hadisədən sonra təhlükəsizlik qüvvələri tərəfindən bölgədə əməliyyata başlanılıb. //Axar.az