İsrailə casusluqda ittiham olunan İran və İsveç vətəndaşı edam ediləcəkbackend

İran Ali Məhkəməsinin qərarı ilə İsrailin xarici kəşfiyyatına (“Mossad”) casusluqda ittiham olunan İran və İsveç vətəndaşı Əhmədrza Cəlali mayın 21-dək edam ediləcək.

Məlumatı İSNA yayıb.

Qeyd olunub ki, Ali Məhkəmə Əhmədrza Cəlalinin İsrailin xeyirinə casusluq etdiyi üçün barəsində çıxarılan edam hökmünü təsdiqləyib.

Bildirilib ki, hökm mayın 21-dək icar olunacaq.

Məlumata görə, onun İranın nüvə proqramı ilə bağlı İsrailə ötürdüyü məxfi informasiyalar nəticəsində iranlı iki nüvə alimi öldürülüb.

Onlardan biri İranın aparıcı nüvə fiziki Möhsün Fəxrizadədir. Alim 2020-ci ilin noyabrın 27-də öldürülüb. İran tərəfi iddia edib ki, onun ölümündə İsrailin xüsusi xidmət orqanları iştirak edib.

Report