İsrailin yeni kabineti İranın nüvə proqramına qarşı duracaqbackend

Likud lideri Benyamin Netanyahu bildirib ki, İsrailin yeni kabineti Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün İranın nüvə proqramının ləğvi üzərində işləməyə davam edəcək. 

“Yeni Gundem” xəbər verir ki, bu barədə o, Twitter-də yazıb.

Onun sözlərinə görə, yeni hökumət Qüdsün statusunu gücləndirmək və dini məsələlərdə status-kvonu saxlamaq üçün də çalışacaq.

İsrailin yeni kabinetinin andiçmə mərasimi dekabrın 29-na təyin edilib.

Radio Kan xəbər verir ki, bundan əvvəl sağçı koalisiyanın tərkibində parlament seçkilərində qalib gələn Benyamin Netanyahu İsrail prezidenti Yitzhak Hersoqdan kabineti formalaşdırmaq üçün daha çox vaxt verməsini istəyib.
ABŞ-ın dövlət katibi Entoni Blinken illik J Street Konfransında bildirib ki, Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi ölkənin yeni hökuməti ilə kəskin fikir ayrılıqlarına baxmayaraq, Birləşmiş Ştatlar İsraili dəstəkləməyə davam edəcək.

Blinkenin sözlərinə görə, ABŞ prezidenti Co Bayden administrasiyası Netanyahu hökuməti ilə şəxsiyyətlərə deyil, onun siyasətlərinə əsaslanaraq işləyəcək.

Ayşən