Küçə ləzzətlərini, Michelin Ulduzlu restoranları və daha çoxunuözündə birləşdirən çoxəsrlik kulinariya ənənəsi ilə Gastrocityİstanbul gurme səyahətçilərin hər gün fərqli təam kəşf edəbiləcəyi bir məkandır. Həqiqətən, özünəməxsus yemək və içkimədəniyyəti ilə məşhur şəhərdə mövsümi içkilər və yeməklərilin istənilən vaxtında ləzzizdir. İstanbulun ənənəvi isti içkiləriisə şəhərin soyuq qış aylarında təqdim etdiyi qastronomiktəcrübələr arasında önə çıxır.
Salep və boza qışda sınanmalı olan ən yaxşı içkilər arasındadır. Özünüzü şəhərin ruhuna qərq etmək üçün İstanbulun səs-küylüküçələrində gəzərkən köhnə təamlardan birini yudumlamağabərabər başqa hiss yoxdur. Gəlin sizdə qalıcı təəssürat yaradacaqvə İstanbulda keçirdiyiniz zamanın xoş xatirələrini oyadacaq qışləzzətləri salep və boza ilə tanış olaq.
Salep: Əsrləri aşan içki
Qurudulmuş Anadolu səhləb köklərinin tozundan hazırlanmışsalep, minlərlə illik istehlak tarixinə zamansız bir ləzzətdir. Bu dadlı içkinin bugünkü versiyası Osmanlı dövründə yaranmışdır. İddiaya görə Osmanlı saraylarının əsas məhsulu olan salepmüalicəvi xüsusiyyətlərə malikdir. XVII əsrdə küçə satıcıları buənənəvi içkini qışda satmağa başlayıb, qiymətli maye böyükvedrələrdə daşınıb və tutumlu çini fincanlarda təqdim edilib. Bu günə qədər salep İstanbul qış mövsümü üçün vacib olaraq qalırvə şəhərin hər yerində tapılır.
Məşhur Maraş dondurmasının mühüm tərkib hissəsi olan saleptozu süd və şəkərlə qatılaşana qədər bişirilir və aromatik dadlıiçkiyə çevrilir. Darçın səpilmiş bir stəkan isti salep soyuqgünləri isidir. Bundan əlavə, bəzi deyimlərə əsasən minerallarladolu içkinin immunitet sistemini gücləndirməklə sağlamlığafaydalı olduğu iddia edirlir. Həqiqətən, isti bir salep İstanbulukəşf edərkən enerjinizi qoruyacaq!
İstanbulun ən yaxşı satış yerlərinin bir çoxunun mənzərəsimöhtəşəm Boğazın sularına açılır. Biz isə sizə bu ləziz içkiniÜsküdar və Ortaköy də daxil olmaqla, Boğaz boyunca yerləşənməhəllələrdən birində dadmağı təklif edirik. Salep həmçininşəhərin ikonik məkanlarından biri olan Pierre Loti təpəsi vəÇamlıca təpəsi kimi mənzərəli ərazilərdə də satılır.
Boza: Qış gecələri üçün bənzərsiz təam
İstanbulda daha bir məşhur qış içkisi isə bozadır. Qarğıdalı, buğda və digər taxıllardan istifadə olunsa da, hər yaşda insantərəfindən sevilən boza, adətən darı ilə hazırlananfermentləşdirilmiş taxıl içkisidir. Keskin dad və qatı teksturayasahib olan içki qida dəyəri olaraq yüksəkdir. Osmanlı dövründəbozaxanalar insanların toplaşdığı, bir stəkan bozadan həzzaldıqları canlı ictimai mərkəzlər idi. İstanbulda qış gecələrindəbozaçılar küçələrdə dolaşırdılar. Günümüzdə geniş tətbiqolunmasa da, ənənə hələ də mövcuddur. Belə ki, İstanbula gələnqonaqlar gecə saatlarında gəzərkən “boza” çağırışlarını eşidəbilərlər. Boza antioksidanlar və probiyotiklərlə, eləcə dəimmunitet sistemini gücləndirməyə kömək edən vitamin vəminerallarla zəngin olan güclü müalicə mənbəyi hesab olunur.
Tarixi Yarımadada Süleymaniyyə Məscidinin yaxınlığındakıVefa məhəlləsi boza dadmaq üçün ən yaxşı yerdir. Qış gələndəİstanbulun boza həvəskarları bölgənin məşhur boza dükanlarınaaxışaraq girişlərdə uzun növbələr yaradırlar. İçənin istəyindənasılı olaraq boza darçın və ya sarı noxudla da servis edilir.