İstanbula bir iş səyahəti və ya tətil planlaşdırırsınızsa, gözəl açıqhava macərası üçün bir neçə əlavə gün ayırdığınızdan da əminolun. İstanbul və ətrafı trekking marşrutları ziyarətçilərinə fərqlitəbiət mənzərələrini kəşf etməyə və dincəlməyə imkan verir. Budur İstanbul və ətrafında ən böyük trekking marşrutları…
İstanbulun Təbiət Möcüzəsi: Belqrad Meşəsi
Sarıyer səmtindəki Belqrad meşəsi İstanbulda təbiət həvəskarlarıüçün idealdır. “İstanbulun ağciyərləri” olaraq xarakterizə edilənBelqrad Meşəsi 5300 hektar ərazini əhatə edir və ağaclarınkölgəsində müxtəlif gəzinti yolları təklif edir. Bu yollar arasında6,5 kilometr uzunluğundakı Neşet Suyu cığırı qaçışçılar vəpiyadaların sevimlisidir.
Unutmayın: Belqrad Meşəsində Bahçeköy Vəhşi Təbiət İstehsalatStansiyası və bəziləri Roma İmperiyası dövründə şimalmeşələrindən İstanbula su daşımaq üçün tikilmiş qədim kanallar davar.
Cənnət Şəhərin Yanında: Ballıkayalar
Ballıkayalar Təbiət Parkı İstanbuldan avtomobillə cəmi bir saatlıqməsafədədir. Gebzenin Tavşanlı kəndində, çay kənarında, 2 kilometrlik vadidə yerləşən, asan və orta səviyyəli trekking təcrübələri təklif edən bu təbiət parkı təbiətsevərlər, qayaalpinistləri və piyadalar arasında olduqca məşhurdur. Vadinin gölü, şəlalələri və Ballıkaya çayına aparan travertin terraslarımöhtəşəmdir. Bundan əlavə, parkın fauna və florasının bolluğuonun niyə bu qəsər popular olmasını da açıqlayır. Trekking zamanıcüyürləri, çöl dovşanlarını, qabanları, köstəbəkləri, sansar vəmüxtəlif quş növlərini təbii mühitlərində müşahidə edə bilərsiniz.
Unutmayın: Nadir quşlara, kəpənək növlərinə və 20 orxideyanövünə ev sahibliyi edən Ballıkayalar, möhtəşəm biomüxtəlifliyiilə quş, kəpənək və çiçək sevənlər üçün İstanbul yaxınlığındagörməli olduqları vacib bir marşrutdur. Yaz ayları isə bu marşrutuaraşdırmaq üçün mükəmməl bir mövsümdür.
Tekirdağın Gizli Xəzinəsi: Uçmakdere
Tekirdağın Şarköy bölgəsində yerləşən Uçmakdere İstanbuldangələn təbiətsevərlər və gəzinti həvəskarları üçün məşhur məkanlararasımndadır. Bölgə yamyaşıl şam meşələri ilə örtülüdür və Qanos (Işıklar) dağının və Mərmərə dənizinin inanılmaz mənzərələrinitəqdim edir. Bu təbii ərazi yerli kənd məhsulları, həyat tərzi vəmədəniyyəti ilə tanınır, bu da onu velosipedçilər, motosikletsəyahətçiləri və kapinistər üçün məşhur bir marşrut halına gətirir.
Unutmayın: Uçmakdere yamac paraşütü üçün də ideal seçimdir. Peşəkar bələdçilərlə siz, 650 metr yüksəklikdəki Nişantepedənyamac paraşütünü təcrübə edə bilərsiniz. Onu da qeyd etməkistərdik ki, üzüm bağları ilə məşhur olan Şarköydə gözəl türkşərabları da var.
Təbiətə qaçış: Erikli yaylası
Yalovanın Çınarcık səmtində yerləşən Erikli Yaylası İstanbulayaxın başqa bir məşhur trekkingidir. İstanbuldan təxminən ikisaatlıq məsafədə yerləşən yayla, alma, küknar, cökə, şabalıd vəqarağac ağacları ilə əhatə olunmuş fantastik gəzinti yolu təklifedir. Bölgədəki cığırlar yamac olsa da, asan deyil. Gəzinti zamanışəlalə ilə qarşılaşmaq isə xoş bir mükafatdır. Erikli yaylasındadüşərgə qurduqdan və bölgəni ürəyinizcə kəşf etdikdən sonrabölgənin Teşvikiye şəhər meşəsini, Qoşa şəlaləsini, Kiçik vəBöyük Dipsiz Göllərini kəşf edə bilərsiniz.
Unutmayın: Erikli Yaylasından sonra Yalovada düşərgə ilə məşhurolan başqa bir məşhur yayla, Delmece Yaylasını da ziyarət edəbilərsiniz.