İstanbulda günəşin altında tavada yumurta bişirdilərbackend

Bu gün İstanbulda ən isti gündür. Vəziyyətdən istifadə edən vətəndaşlar qızmar günəş altında qalan tavada yumurta bişiriblər.

“Yeni Gundem”in məlumatına görə, yumurtanın saniyələr içində bişirildiyi anlar da kameraya əks olunub.Ölkədə ən isti gün yaşanarkən, İstanbulda rekord qırıldı. Sonuncu dəfə 2000-ci ilin iyulunda ölçülən temperatur 40,6 dərəcəni keçərək bu gün yeni rekord qırıldı. Bu gün havanın temperaturu Şilədə 43,4, Çekmeköydə 41,7, Eyüpsultanda 40,4 dərəcə olub.

Havaların temperaturu yüksəldiyi zaman adətən şərq əyalətlərində yaşanan maraqlı mənzərə bu dəfə Çekmeköydə yaşanıb.
Tava içərisinə sındırılan yumurta günəşin və isti havanın təsiri ilə saniyələr ərzində bişirilib. Vətəndaşlar birlikdə bişirdikləri yumurtaları daha sonra yeyiblər.

Təbriz