İstanbulda 8,4 kilometr uzunluğunda yeni metro xətti istifadəyə verilib.
“Yeni Gundem” xəbər verir ki, açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.
Bugünkü açılışla İstanbulda tamamlanan relsli sistem şəbəkəsinin uzunluğu 348 kilometrə çatdırılıb.
İstanbulda daha iki metro xəttinin inşasının davam etdiyini deyən Prezident Ərdoğan bu xətlərin İstanbul hava limanı və şəhərin ən böyük məscidlərindən biri olan Çamlıcanın yerləşdiyi ərazini də əhatə edəcəyini bildirib.
Qeyd edək ki, yeni istifadəyə verilən, İstanbulun Avropa tərəfində inşa edilən yeddi stansiyalı bu xətt ümumilikdə 105 min kvadratmetr qapalı sahəni əhatə edir.
Gündəlik bir milyon sərnişinə xidmət etməsi gözlənilən yeni metro xətti ilə şəhərin ətraf bölgələrindən sahilə qədər olan məsafə 13,5 dəqiqəyə qədər azalacaq.