Türkiyənin İstanbul şəhərində məhkəmə binası yaxınlığında baş verən atışma ilə bağlı 34 şübhəli saxlanılıb.
“Yeni Gundem” “NTV”yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç açıqlama verib.
“Hazırda bizdə 34 şübhəli var. Beş prokuror və baş prokurorun müavini baş verənlərin bütün təfərrüatlarını öyrənirlər”, – Tunç jurnalistlərə bildirib.