İstanbulun mərkəzində rusiyalı turist qətlə yetirildibackend

Türkiyənin İstanbul şəhərində rusiyalı turist qətlə yetirilib.

40 yaşlı Rusiya vətəndaşı Vyaçeslav Neçiporçuk Taksim meydanı yaxınlığında mübahisə zamanı bıçaqlanaraq öldürülüb.

“Rusiyalı turist 4 nəfərlə mübahisə edib və bıçaqlanıb. Onu bıçaqlayan şəxslər hədə-qorxu ilə pul tələb ediblər”, – deyə məlumatda deyilir.

Vyaçeslav Neçiporçukun mobil telefonunu əlindən alan zaman müqavimət göstərdiyi və bu əsnada ürəyindən bıçaqlanaraq öldürüldüyü əlavə olunub.

İstanbul polisi cinayəti törətməkdə şübhəli bilinən 2 nəfəri saxlayıb. Daha 2 nəfərin axtarışı aparılır./APA