Jalə Əliyeva: “Torpaq bütövlüyümüzün uğrunda canını sipər edənlərin sayəsində Vətən olur”backend

Mənfur ermənilərin və onların havadarlarının əli yenə də günahsız, öz evində, torpağında, vətənində yaşayan insanların qanına bulaşdı. Müharibənin qaydalarını bu faşist ordusu heç bir zaman anlamadı. Müharibədə silahsız insanlara, uşaqlara, qocalara atəş açılmamalıdır. Amma bu tək müharibə zamanı olmalı deyil. Normal həyatımızda da bunun baş verməsi qəbul edilməzdir.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

Millət vəkili bildirib ki, əqidəsi, düşüncəsi, tərbiyəsi, əxlaqı xəyanətdən, nifrətdən, yalan və böhtandan, kin-küdürətdən yoğrulan mənfur ermənilər bütün beynəlxalq qaydaları dəfələrlə pozublar:

“Bu gün də riyakar düşmən öz çirkin əməllərinə sadiq qaldığını sübüt edir. Azərbaycanın qüdrətli ordusu, əsgərimizin şücayəti ilə hər birimiz iftixar hissi yaşayırıq. Bu gün torpaqlarımızın azadlığı uğrunda şəhid olan oğullarımız baş tacımızdır. Torpaq bu günümüzün sabahımızın, bütövlüyümüzün uğrunda canını sipər edənlərin sayəsində Vətən olur”.

Jalə Əliyeva qeyd edib ki, döyüş meydanından uzaqda sakit, öz evində düşmən gülləsinə, topuna, mərmisinə tuş gələnlərimiz var:

“Ömrünün baharına yenicə qədəm qoyan 15 yaşlı Bahar qızımız, 13 yaşlı Şəhriyar balamız, bir mərmi ilə bir ailədən gedən 5 həmvətənimiz nur içində yatsınlar. 10 minlərlə azərbaycanlı kimi Fariz, Zəhra kimi nurlar içində yatan özladlarımızın ruhu şad olacaq. Çox az qalıb tezliklə şəhid ruhları zəfər cəngilərindən agah olacaq. Azərbaycan bütövlüyünü bayram edəcək. Birlik yallısı təşkil olunacaq. Bu gün hər birimiz buna qəti əminik. Allah xalqımızı, ordumuzu, Ali Baş Komandanımızı qorusun”.