Jurnalist Elnur Əşrəfoğlu dəfn olundubackend

Koronavirusdan vəfat edən Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri, baş katibinin müavini Elnur Əşrəfoğlu dəfn olunub.

“Yeni Gündəm”-in məlumatına görə, tanınmış jurnalist Saray qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun yaxınları ilə yanaşı, idman ictimaiyyəti və jurnalistlər iştirak edib.

Qeyd edək ki, bir müddət əvvəl koronavirusa yoluxmuş Elnur Əşrəfoğlu “Yeni Klinika”da müalicə alırdı. O, ECMO aparatına qoşulmuşdu. Tanınmış jurnalist dünən vəfat edib