Kahramanmaraşda 4.0 bal gücündə zəlzələ oldubackend

Kahramanmaraşın Elbistan rayonunda 4,0 bal gücündə zəlzələ baş verib.Zəlzələnin dərinliyi 8,76 kilometr olub.

”Yeni Gunden” TGRT-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Hallar İdarəsi Başçılığı (AFAD) Kahramanmaraşın Elbistan rayonunda zəlzələ baş verdiyini açıqlayıb. İlk təsbitlərə görə zəlzələ Elbistanın Çiçekköy, Çitlik, Söğütlü, Akbayır və Geçit kəndlərində hiss olunub. Qısa müddətli çaxnaşmaya səbəb olan zəlzələdə itki ilə bağlı məlumat paylaşılmayıb.

AFAD və Kandillinin açıqladığı siyahıda İstanbul, Elazığ, Bolu, Düzce, Muğla, Kayseri, Tokat, Bingöl, Kahramanmaraş, Hatay, Adana, İzmir, Manisa, Malatya və bir çox digər şəhərlər üçün son dəqiqə zəlzələ məlumatları yer alıb.