“KamAZ”la “VAZ-2107” toqquşub, ölən və yaralanan varbackend

Sabirabadda ölümlə nəticələnən yol qəzası baş verib.

“Yeni Gündəm”-in məlumatına görə, hadisə səhər saatlarında Şəhriyar kəndində qeydə alınıb.

Belə ki, “KamAZ” markalı yük maşını ilə “VAZ-2107” markalı avtomobil toqquşub. İlkin məlumata görə, qəza nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə xəsarət alıb. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Report