“Kapital Bank”ın rəhbərliyi dəyişdirildibackend

“Kapital Bank” ASC-nin İdarə Heyətinin (İH) sədri Rövşən Allahverdiyev vəzifəsindən azad edilərək qurumun Müşahidə Şurasının (MŞ) sədri təyin olunub.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Bank məlumat yayıb.

Məlumata görə, bununla bağlı qərar “Kapital Bank”ın səhmdarlarının ötən gün keçirilmiş növbəti ümumi yığıncağında qəbul edilib. R.Allahverdiyev yeni vəzifəsində Bankın daxil olduğu “PAŞA Holdinq” MMC-nin Baş İcraçı direktoru Cəlal Qasımovu əvəzləyib. O, bundan sonra fəaliyyətini MŞ-nın üzvü kimi davam etdirəcək.

Digər qərara əsasən isə “Kapital Bank”ın İH sədrinin I müavini Fərid Hüseynov sədr təyin olunub. O, 2015-ci ildən İH-nin üzvüdür.

Xatırladaq ki, “Kapital Bank” 2006-cı ildə Birləşmiş Universal Səhmdar Bankının (“BUS Bank”) bazasında yaradılıb. Onun nizamnamə kapitalı 265,85 milyon manatdır. Bankın əsas səhmdarı “PAŞA Holdinq” MMC-dir.