Kartof çıxarmaq üçün torpağı qazdı: Üzləşdiyi mənzərə qarşısında ŞOKA DÜŞDÜ – Tapdığı… / VİDEObackend

Yeni Zelandiyada bağda təsərrüfat işləri ilə məşğul olan cütlük maraqlı hadisə ilə üzləşiblər.

“Yeni Gündəm” xəbər verir ki, onlar torpağı qazarkən bir neçə santimetr dərinlikdə kartof aşkar ediblər. Cütlük kartofu çıxartmaq üçün torpağı qazarkən heyrətə gəliblər. Onların bağında yetişən kartofun ağırlığı 7,8 kiloqram olub. Məlum olub ki, kartof öz-özünə böyüyərək belə həcm alıb.

Bu hadisə cütlüyü rekordun sahibi də edə bilər. Torpaqdan çıxarılan tərəvəzin kartof olduğu rəsmi formada təsdiq edilsə, bu dünyanın ən böyük kartofu olacaq.