Kəlbəcərdə minaya düşən polkovnikin sol ayağı amputasiya edilib, sağ ayağında isə çox saylı qırıqlar varbackend

Ötən gün Kəlbəcərdə minaya düşən Azərbaycan Ordusunun N saylı hərbi hissəsinin komandiri, polkovnik Vüqar İsbəndiyarovun son durumu açıqlanıb.

Gəncədə hospitala yerləşdirilən zabitin sol ayağı amputasiya edilib, sağ ayağında isə çox saylı qırıqlar var.

Bu gün V.İsbəndiyarovun sağ ayağı əməliyyat olunub. Polkovnikin bədəninin digər yerlərində qəlpə yarası yoxdur.

Hazırda onun vəziyyəti stabildir.

V.İsbəndiyarovun vəziyyəti tam sabitləşəndən sonra Bakıya Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndəriləcək.

Qeyd edək ki, V.İsbəndiyarov iyulun 26-sı axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində xəsarət alıb.

Faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12-ci (qəsdən adam öldürməyə cəhd, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Report