“Qafqaz Konserv Zavodu” MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.
“Yeni Gundem”in xəbərinə görə, sənədə Xaçmaz Rayon Məhkəməsinin hakimi Aynur Əliyevanın sədrliyi ilə iyunun 20-də baxılacaq.
Xatırlatma: Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.
Qeyd: Zavodun fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu bildirilir.