Kennedinin azərbaycanlı qatili: Ramin Abdullayev – Mif və reallıqbackend

Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandırmaq KİV-lərin əsas vəzifə borcudur. Əslində özünü qərəzsiz hesab edən KİV istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, hər zaman belə olmur. Bizim də bu qüsurdan xali olduğumuzu iddia etmədən cumhuriyyet.az olaraq bir məqamın üzərində dayanmaq istərdik.
Son günlər bir sıra sayt və portalların baş mövzularından biri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birnci müavini Namiq Hümmətov və  Ərazi Tikinti Planlaşdırma Mərkəzinin sədri Ramin Abdullayevdir. Əsas mövzu xətti isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin iş soistemindəki qanunsuzluqları və adı çəkilən şəxslərə qarşı yönəlik ittihamlardır. Bu şəxslər daha nələrdə ittiham olunmur ki: ölkədən milyonlar çıxarmaqdan tutmuş, paytaxtda yüzlərlə evə sahiblənmək, tikintiyə icazədə rüşvət tələbindən tutmuş siyasi xəyanətə qədər ən sərt ittihamların ünvanı məhz Ramin Abdullayev oldu. Bütün bunlardan sonra bircə XX əsrin ən faili-məchul cinayəti olan ABŞ prezidenti Kennedinin qətlini bu adamın üstünə yıxmaq qalır. Media olaraq bunu da etsək həm bu qətllə maraqlanan insanlar, həm də ABŞ FTB-i üçün savab iş görmüş olarıq. Əslində isə, gerçəklik necədir. Ramin Abdullayevin şəffaf və tam qanuni fəaliyyətini hökm kimi irəli sürmürük, amma cumhuriyyet.az olaraq əldə etdiyimiz bəzi məlumatları da diqqətə çatdırmağı vacib bilirik:
Əvvəla, sözügedən idarənin son illərdə işğaldan azad edilmiş bölgələrdə gördüyü işlər göz qabağındadır. COP29-a hazırlıqla bağlı paytaxta aparılan işlər də bəllidir. Azacıq məlumatlı şəxs də bilir ki, bu işlərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xidmətləri danılmazdır. Heç şübhəsiz ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birnci müavini Namiq Hümmətov və  Ərazi Tikinti Planlaşdırma Mərkəzinin sədri Ramin Abdullayevin də bu sahədə fəaliyyəti danılmazdır.
Digər bir tərəfdən,  Namiq Hümmətov və   Ramin Abdullayev məntiqi olaraq bu qurumun rəhbəri deyil. Bununla bağlı cumhuriyyet.az-a etibarlı mənbədən daxil olan məlumatda bildirilir ki, adı çəkilən şəxslərə qarşı əks təbliğatı məhz bu iki şəxsin qara əməllərinə görə Komitə daxilində cəzalandırdığı şəxs edir. Sifarişli yazıların, böhtanların müəllifi olan və hələ də Komitədə vəzifə tutan bu şəxsin kimliyi də bizə bəllidir və cumhuriyyet.az olaraq növbəti yazımızda bu haqda ətraflı bəhz edəcəyik…
…Və nəhayət sonuncusu, əgər Namiq Hümmətov və   Ramin Abdullayev doğudan da deyilən əməllərə imza atıbsa niyə hədəfdə yalnız onlar tutulur. Axı bütün bunlardan medianın xəbəri varsa və yazılanlar həqiqətdirsə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyi, hüquq mühafizə orqanları da eyni qaydada tənqid olunmalıdır… Demək tənqid qərəzli və sifarişlidir. Sifarişçi isə… Növbəti yazımızda…Cumhuriyyet.net