Kremldən Bondarevlə bağlı AÇIQLAMAbackend

Rəsmi Kreml Rusiyanın BMT-dəki diplomatı Boris Bondarevin Ukraynada keçirilən xüsusi hərbi əməliyyatlara görə istefa verməsinə münasibət bildirib.

“Yeni Gündəm” “RİA Novosti”yə istinadən xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Bondarevin Rusiyaya qarşı olduğunu səsləndirib.

“Cənab Bondarev artıq bizimlə deyil, bizə qarşıdır… O, Rusiya rəhbərliyinin hərəkətlərini pisləyir. Bizi ölkəmizin, demək olar ki, bütün əhalisi dəstəkləyir. Bu o deməkdir ki, Bondarev ölkəmizin ümumi maraqlarına qarşı çıxır.”