“Kurtlar vadisi”nin “Güllü”sü ilə MÜSAHİBƏbackend

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialının baş qəhrəmanlarından biri olan aktyor Erhan Ufak Bakıya gəlib.

Türkiyənin məhşur aktyoru Erhan Ufakın “Yeni Gündəm”ə verdiyi müsahibəni təqdim edirik:

Layihə haqqında məlumat verərdiniz

“Sənət Akademiyası” əslində insanların öz “mən”ini tapmasına kömək olacaq, öz işlərini yaradacaq, insanları kəşf etdirəcəkdir.

Hansı yeniliklər gözlənilir?

Əməkdaşlıq çərçivəsində bir çox sürprizlər olacaq. Sürprizlərdən biri budur ki, proqram başa çatdıqdan sonra iştirakçılardan ibarət bir qısa film, serial və ya başqa formada layihə həyata keçirilə bilər. Amma ilk öncə onların istedadlarını ortaya çıxarmalıyıq.

Erhan bəy, ölkəmizə ilk dəfə gəlirsiniz?

Azərbaycana bir neçə dəfə gəlmişəm. Biz yad ölkəyə gəlməmişik, sanki öz vətənimizə ayaq basmışıq. Amma təbii ki, həyəcan keçirirəm, hər dəfə gələndə eyni hissləri yaşayıram.

Bakını gəzmək imkanınız olub?

Hələki Bakını gəzmək imkanım olmayıb. Bugün daha bir neçə işlərimiz var, həll etdikdən sonra həm də fürsətdən istifadə edib gəzmək olacağıq.

Sizin yaradıcılığınızda “Kurtlar Vadisi” serialı xüsusi rol oynayıb. Fəaliyyətinizdə serialın önəmi nədən ibarətdir?

“Kurtlar Vadisi” serialı bizim adımızı tanıdan, məşhurlaşdıran layihədir.

“Kurtlar Vadisi” serialının davamı olaraq “Kurtlar Vadisi Xaos”un çəkilməsi haqqında xəbərlər yayılmışdı. Bu, nə dərəcədə doğrudur?

Hələ ki, dəqiq məlumatımız yoxdur. Bu haqda serialı çəkən şirkət qərar verir. Əgər serialın davamı çəkiləcəksə, xəbər verəcəklər. Birlikdə bu haqda öyrənəcəyik. Hələlik serialın davamının çəkilməsi haqqında məlumatsızam.

“Kurtlar Vadisi Xaos” serialı çəkilərsə, layihədə yer alacaqsınızmı?

Serial çəkiləcəksə, layihədə yer alacam..

Sizi Azərbaycanda “Kurtlar Vadisi” serialının Güllü Erhanı kimi tanıyırlar. Ölkəmizdə sizə münasibət necədir?

Adımla da, obrazımla da müraciət edirlər. Adım Erhan Ufakdır, obrazım isə Güllü Erhan. Ona görə hər hansı çətinliyim yoxdur.

Türkiyənin tanınmış şirkəti olan “Osman Sınav” Qarabağla bağlı film çəkəcək.

Bu haqda Bakıya gələrkən məlumat verdilər. İnşallah, film çəkərlər. Çox gözəl bir layihədir.

Qarabağla bağlı layihədə yer almaq istərdinizmi?

Təbii ki, böyük məmnuniyyətlə…

Vətən müharibəmizdə qalib gəldik. Təəssüratlarınız necədir?

Qarabağ bizim məbədimizdir. Qarabağ bizimdir və heç kimə verməyəcəyik.

Qarabağ bizim idi və bizə aid olan şeyi geri qaytardıq. Qürur duyuruq!

Qeyd edək ki, Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai birliyinin dəstəyi ilə Türkiyənin məşhur aktyorları Azərbaycana dəvət olunacaq.

Müəllif:Yenigündem.az