Laçın və Kəlbəcərdə daha 9 Su Elektrik Stansiyasının tikintisinə başlanılırbackend

“Azərenerji” ASC Laçın və Kəlbəcər rayonlarında ümumi gücü 76,8 meqavat olan daha 9 Su Elektrik Stansiyasının (SES) tikintisinə başlayır.

“Yeni Gundem” xəbər verir ki, bu barədə “Azərenerji”nin prezidenti Baba Rzayev Zəngilanda tikilən “Sarıqışlaq” SES-də görülən işlər barədə Azərbaycan Prezidenti İlham Əliyevə məlumat verərkən deyib.

Bildirilib ki, Laçın rayonu ərazisində “Mirik”, “Qaraqışlaq”, “Ağbulaq”, “Zabux” və Kəlbəcərdəki “Zar” Su Elektrik Stansiyaları tamamilə yenidən qurulacaq. Eyni zamanda, Kəlbəcər rayonu ərazisində “Nadirxanlı”, “Yuxarı Vəng”, “Aşağı Vəng” və işğaldan azad edilən Murov dağın aşağı istiqamətində “Toğanalı” Kiçik Su Elektrik Stansiyaları yeni layihə əsasında tikiləcək.