Lənkəranda poçtun baglanması və yolların bərbad vəziyyətdə olmasına sakinlər etiraz edir – VİDEObackend

Lənkəran rayonu Veravul kəndində fəaliyyət göstərən poçt şöbəsinin bir neçə gün əvvəl bağlanması və kənd yollarının bərbad vəziyyətdə olmasıyla bağlı Analoq.az -a kənd sakinlərinin video müraciəti daxil olub.

Daxil olan muraciətlə bağlı rayon icra hakimiyyətiylə əlaqə yarada bilməsək də , adıçəkilən kəndin icra nümayəndəsi Altay Həsənovdan yaranan problemlə bağlı mövqe öyrənə bildik. Altay Həsənov sorğumuza cavab olaraq bildirdi ki , Viravul kəndinin mərkəzi yolunun əsaslı təmir olunaraq asvalt örtüyünün çəkilməsi işləri baş nazirin 27 may 2024-ci il tarixli əmri ilə gələn (2025-ci) ilin investisiya proqramina daxil edilmisdir. Poçtun baglanmasına səbəb isə aylıq planı doldura bilməməsidir .

Daxil olan video müraciətdə kənd sakinləri bildirib ki , poçtun bağlı olmasına görə məcbur qalıb kommunal ödənişlərə və digər poçt xidmətlərinə görə qonşu kəndə üz tuturlar.

Ümid edirik ki, sakinlərin qaldırdığı problemlər adiyyatı orqanlar tərəfindən tezliklə həllini tapar .

Analoq.az