Liderlər Türkiyənin ən böyük müdafiə müqaviləsini imzaladı! Səudiyyə Ərəbistanı da Bayraktar TİHA-nı alırbackend

Prezident Rəcəb Tayyib Ərdoğanın Körfəz turunun ilk mərhələsində səfər etdiyi Səudiyyə Ərəbistanı ilə pilotsuz təyyarə müqaviləsi imzalanıb. Türkiyə və Səudiyyə Ərəbistanında enerji, daşınmaz əmlak və birbaşa investisiyalar da daxil olmaqla müxtəlif sektorlarda konsensus əldə edilib.

“Yeni Gundem” TGRT-ə istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Körfəz səfəri zamanı ilk olaraq Səudiyyə Ərəbistanına səfər edib. Rəsmi mərasimlə qarşılanan prezident Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə görüşüb. Nümayəndə heyətləri arasında qapalı danışıqlar aparılıb. Səudiyyə Ərəbistanının dövlət xəbər agentliyi SPA-nın xəbərinə görə, müdafiə qabiliyyətini artırmaq istəyən Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında pilotsuz təyyarə müqaviləsi imzalanıb. Bildirilib ki, “Baykar” müdafiə şirkəti ilə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi arasında imzalanma mərasimində prezident Ərdoğan və vəliəhd şahzadə Məhəmməd bin Salmanın iştirak edib.
Müdafiə naziri Xalid bin Salman mövzu ilə bağlı paylaşımında pilotsuz təyyarələrin Səudiyyə Ərəbistanının müdafiə qabiliyyətini artıracağını bildirib. SPA-nın xəbərində bu gün olacağı bildirilən müqavilənin dəyəri və alınacaq dronların sayı ilə bağlı məlumat verilməyib.
Baykar baş direktoru Haluk Bayraktar bunun Türkiyə Cümhuriyyəti tarixindəki ən böyük müdafiə və aerokosmik ixrac müqaviləsi olduğunu açıqlayıb. Bayraktar Twitter hesabından bu açıqlamaları verib;
“Biz Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi ilə Bayraktar AKINCI TİHA ixrac və əməkdaşlıq müqaviləsi imzaladıq. Türkiyə Cümhuriyyəti tarixinin ən böyük müdafiə və aerokosmik ixrac müqaviləsi ilə xeyirli və uğurlar.”

ENERJİ, DAŞINMAZ ƏMLAK, BİRBAŞA İNVESTİSİYA…

İki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq müqaviləsinin imzalandığı bildirilərkən, Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında enerji, daşınmaz əmlak və birbaşa investisiyalar kimi müxtəlif sektorlarda konsensus sənədi imzalanıb. Digər tərəfdən, prezident Ərdoğanın bu gün Qətərə səfərindən sonra çərşənbə günü Birləşmiş Ərəb Əmirliklərinə gedəcəyi gözlənilir.