“Yeni Gündəm” xəbər verir ki, Özbəkistanlı iş adamları tərəfindən Logix proqram təminatı böyük maraqla qarşılanır, hazırda Özbəkistandakı yeni potensial müştərilər ilə görüşlər keçirilir. Bir neçə şirkətdə Logix “eCommerce” tətbiqinə başlanılıb.
Xatırladaq ki, Logix proqram təminatı 2006-cı ildə fəaliyyətə başlamışdır və hazırda Logix Azərbaycanda 900-ə yaxın müəssisədə minlərlə istifadəçiyə xidmət göstərir. Qeyd edək ki, ölkəmizdən kənarda Özbəkistanla yanaşı dünyanın inkişaf etmiş ölkələrində Logix proqram təminatı istifadə edilir. Belə ki, Amerika, İngiltərə, Rusiya, İtaliya eləcə də Gürcüstanda Logix tətbiq olunan müəssisələr mövcuddur.
İnanırıq ki, görülən işlər Azərbaycan brendinin təşviqi, o cümlədən Azərbaycan məhsullarının xarici bazarlarda tanıdılması və satışının genişləndirilməsinə səbəb olacaqdır.
Logix olaraq ən böyük hədəfimiz “Made in Azerbaijan” brendi altında bütün dünyaya Azərbaycan zəkasını tanıtmaqdır.