“m10”un reklamı başına bəla oldu: əlavə xərcə düşəcəkbackend

m10 elektron pulqabı əlavə xərcə düşəcək.

İqtisadiyyat.az xəbər verir ki, buna səbəb ictimai nəqliyyatda qiymətlərin dəyişdirilməsidir.

Belə ki, m10 metro və avtobuslarda yerləşdirdiyi reklam posterlərini ictimai nəqliyyatda gediş haqqı qiymətləri 50 qəpik olandan sonra dəyişməyə məcbur olur.

Həmin reklam posterlərində “hər tərəfə 40 qəpik” ifadəsi ictimai nəqliyyatda qiymətlər dəyişəndən sonra m10-u əlavə xərcə salır.

Qeyd edək ki, m10 sözügedən reklam posterlərini həyata keçirməyə başlayanda ictimai nəqliyyatda qiymətlər 40 qəpik təşkil edib. Qaydalara görə, reklamda yalan, çaşdırıcı və aldadıcı ifadələrdən istifadə etmək olmaz. Posterlər qiymət tənzimlənməsindən əvvəl hazırlansa da, ictimaiyyətdə çaşqınlıq yaranmaması üçün yenilənməsi zəruridir.