Macarıstanın Baş Nazirindən Avropa Parlamenti ilə bağlı şok açıqlamabackend

Macarıstan Respublikasının Baş naziri Viktor Orban korrupsiya və rüşvət qalmaqalına görə Avropa Parlamentinin buraxılmasını təklif edib.

“Yeni Gundem“ xəbər verir ki, baş nazir islahatların aparılması üçün Avropa Birliyinə üzv ölkələrin nümayəndələrindən ibarət yeni qurumun yaradılmalı olduğunu deyib.

“Əgər biz ictimai etimadı bərpa etmək istəyiriksə, Avropa Parlamentini buraxmağın vaxtı çatıb. Bizim həll yolu təklifimiz budur: yerli nümayəndələrdən ibarət yeni Avropa Parlamentinin yaradılması”, – Orban bildirib

Fərahim RƏHİMOV