Manaf Ağayev tanınmış aparıcını Həcc ziyarətinə göndərəcək – VİDEObackend

Müğənni Manaf Ağayev ARB TV-nin aparıcısı Zaur Kamalı Həcc ziyarətinə göndərəcək.

Müğənni bu barədə “Həmin Zaur” verilişində aparıcıya söz verib.

O bildirib ki, gələn il aparıcı müqəddəs məkana göndərməyə hazırdır.

“Yollayım da səni gələn il Həcc ziyarətinə. Sən təki düz yola gəl”, – deyə müğənni bildirib.