Abşeron rayon Masazır qəsəbəsində yerləşən 4 saylı tam orta məktəbdə təhsil alan şagirdlərin valideynləri həyacan təbili çalır.
Bu barədə “Azərbaycan Reallığı”na göndərdikləri video-müraciətdə qeyd olunur: valideynlər bildirir ki, onların uşaqları hər gün məktəbə qorxu içində gedib-gəlir.
Səbəsi isə sözügedən təhsil ocağının həyətinin düz qarşısında sahibsiz itlərin olmasıdır.
Bir neçə il bundan öncə sahibsiz itlərdən biri məktəbliyə hücum edərək xəsarət yetirdi. Məktəbli nəticədə vəfat etdi. İndi yenə də məktəbin qarşısında xeyli sayda sahibsiz itlər var.
Gəlib düz məktəbin qarşısında dayanırlar, uşaqlarlmız da hər gün məktəbin həyətində gəzirlər. Bu, biz valideynləri narahat edir.
Uşaqlarmızın taleyindən çox narahatıq. Xaiş edirik məsələni ictimailəşdirin bunun qarşısı alınsın- deyə valideyinlər bildirir