Məktəblər bağlanır? – AÇIQLAMAbackend

Qarlı hava şəraiti məktəblərdə şagirdlərin davamiyyətinə təsir edib. Belə ki, məktəblərdə davamiyyət çox aşağı düşüb.

Bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov məlumat verib.

Nazirlik rəsmisi qeyd edib ki, ümumi nəticələrlə bağlı yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək.

Xatırladaq ki, paytaxtda yerləşən bir çox məktəblərdə tədris təxirə salınıb. Əlverişsiz hava şəraiti sabaha qədər davam edəcək. (report)