Milli Məclisin deputatı Məlahət İbrahimqızı Vətən müharibəsi şəhidinin ailəsini ziyarət edib.
”Yeni Gundem” xəbər verir ki, deputat şəhid ailələri ilə söhbət edərək, onları narahat edən məsələlərlə maraqlanıb:
Deputat qeyd edib ki, şəhid və Qazi ailələrimiz daima baş tacımızsınız, qürurumuzsunuz…Dövlətimiz bütün fürsətlərdən və imkanlardan Sizlərə xidmət etmək üçün istifadə edir.
Bundan kimsənin şüphəsi olmasın!
Heç vaxt Sizləri unutmayacağıq, unutdurmayacağıq!
Şəhid Rauf Əliyev Azərbaycanın ən kamil bir gənci idi. Xaricdə təhsil almışdı. Uğurlu və perspektivli karyerasının ilk mərhələsini qurmuşdu. Yetərli vəzifəsi də var idi. Vətən müharibəsi başlayanda o, düşünmədən, ləngimədən, heç kəslə məsləhətləşmədən silaha sarıldı və könüllü olaraq cəbhəyə yollandı. Vətəni müdafiə etmək üçün. Qəhrəman Şəhidimiz Rauf Əliyevi böyüdüb başa çatdıran valideynləri Səxavət qardaş və əziz Anası Xavər xanım da oğulları kimi Vətən sevdalısıdırlar. Nəsimi rayon sakini olsalar da, valideynləri Qərbi Azərbaycandan erməni zülmünə görə deportasiya olublar. Bu ailəyə hər dəfə görüşüb, baş çəkdikdə onlardan nəsə öyrənirsən. Artıq biz Nəsimi rayonu şəhid və qazi ailələri bir ailə olmuşuq. Bugün onlarda oldum. Səmimi söhbət etdik. Xavər bacımın həyat yoldaşı, əziz Şəhidimizin atası, qardaşım qədər hörmət etdiyim Səxavət qardaş çox səbrli, təmkinli, diqqətli və ziyalı bir insan. Çox qonaqpərvər ailə. Mənə dedilər ki, biz sizin seçkidə vəkiliniz olacağıq. Hələ seçki təbliğat və təşviqat kampaniyası başlamayıb. Bu insanlara necə laqeyd olmaq olar ki… Şəhid valideyinlərimiz ölkəmizin ən qürurlu və məğrur insanlarıdır. Onların hər biri nümunədir. Əziz Xavər Ana, Səxavət qardaş, Rauf bugün hər bir Azərbaycan ailəsinin oğludur. Onunla fəxr edirik. Bugün Azərbaycanın bütün gəncləri Xavər xanımın oğludur. Azərbaycanın hər bir vətəndaşı ən müqəddəs borcu kimi Vətən uğrunda canından və həyatından keçən əziz Şəhidlərimizin ailə üzvləri ilə və sağlamlığından keçən qəhrəman Qazilərimizlə görüşməyi özünə borc bilir. Azərbaycan Xalqı bu gün də, gələcəkdə də cənnət Vətənimizin müdafiəsinə, Respublikamızın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasına görə əziz Şəhidlərimizə, Qazilərimizə, Müzəffər Ali Baş Komandana və Qəhrəman Milli Ordumuza borcludur və borclu olacaq.
Şəhidlərimiz… Qazilərimiz…
Vətən Sizə minnətdar!
Allah bütün Şəhidlərimizə rəhmət etsin. Amin!
Şəhidlər ölməz, Vətən bölünməz!