“Məni qane etməyən heç bir məsələ olmadı”-Deputat Jalə Əhmədovabackend

Komitə iclası Ombudsmanın hesabatı ilə bağlı idi.Qanunvericiliyə uyğun olaraq Ombudsmanın səlahiyyətlərinə,vəzifə borclarına uyğun olan hesabat idi.Hesabat özündə bütün aktual məsələləri ehtiva edirdi.Hesabatla bağlı iradım və hər hansı bir təklifim olmayıb.Həmkarlarım, ictimai birliklər və Qeyri-Hökumət təşkilatları çərçivəsində qaldırılan məsələlərin təklifləri müzakirə olundu Müzakirələr çox önəmlidir.Daha çox problemlərin həlli yolları araşdırılır.İnsan Hüquqları Komitəsi Ombudsman Aparatı daha sıx çalışmalı və tədbirlər keçirməlidirlər.Çünki ikisidə insan hüquqlarını ehtiva edir.Qarşılıqlı əməkdaşlıq daha çox uğur gətirə bilər.

Bu sözləri “Yeni Gundem” -ə açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədova deyib.

O bildirib ki, bütün məsələlər hamısı sosial yönümlü,vətəndaşın rifahı üçün razı olan,onun hüquqlarının bərpası üçün lazımlı olan məsələlər idi.

“Sahibkarlığla bağlı daha çox fikir səsləndirildi.Məndə həmin deyilən sözlərlə razıyam.Ümid edirəm ki,bu sahədə olan problemlər tezliklə aradan qalxacaq.Məni qane etməyən heç bir məsələ olmadı.İclasda səsləndirilən bütün məsələlər hamısı sosial yönümlü,vətəndaşın rifahı üçün razı olan,onun hüquqlarının bərpası üçün lazımlı olan məsələlər idi”,-deyə o qeyd edib.

Fərahim Rəhimov