Mərkəzi Afrika Respublikasında gəmi batıb: 60 nəfər həlak olub – VİDEObackend

Mərkəzi Afrika Respublikasının (MAR) paytaxtı Banqi şəhərinin yaxınlığında yerləşən Mpoko çayında gəminin batması nəticəsində azı 60 nəfər həlak olub. Bu barədə MAR mətbuatı məlumat yayıb.

Qeyd olunub ki, gəmidə cənazə mərasiminə gedən qadın və uşaqlar da daxil olmaqla 300-ə yaxın insan olub.

Bildirilib ki, gəmidə olan 100-ə yaxın insanı xilas etmək mümkün olsa da, digərləri itkin düşmüş hesab olunur.

Şahidlərin sözlərinə görə, gəmi limandan çıxıb çayın ortasına çatdıqdan sonra yarıya bölünüb və batıb.

Səlahiyyətlilər hesab edirlər ki, gəminin qəzaya uğramasına səbəb sərnişinlərin sayının çox olmasıdır.