Məşhur aktyor bir ayağından məhrum ola bilərbackend

Alman aktyor Til Şvayger hazırda sepsislə mübarizə aparır.

Əgər müalicə uğursuz olsa, o ayağını itirə bilər.

Hazırda Şvayger Mayorka adasındakı klinikadadır.

“Avqust ayından ayağımda yara olduğu üçün iki həftədir xəstəxanada antibiotik qəbul edirəm. O zaman baldırım zədələndi və içəriyə mikroblar daxil oldu. Təəssüf ki, vəziyyət getdikcə pisləşir”, – deyə aktyor “Bild”ə açıqlamasında deyib.

Məlumata görə, onun ayağının amputasiya edilmə riski var.

Aktyor özünü yaxşı hiss etmədiyini bildirib. Cümə axşamı gecə onun hərarəti yenidən yüksəlib.

Oxu.az