Məşhur “Çukur” serialı final edirbackend

Show TV-nin məşhur “Çukur” serialının final tarixi açıqlanıb.

“Yeni Gündəm” xəbər verir ki, dörd sezondur tamaşaçı qarşısına çıxan ekran işi may ayında bitəcək. Bundan əvvəl layihənin 125-ci bölümdə final edəcəyi deyilsə də, yaradıcı heyət məlumatı təkzib edib.

Bu gün yayımlanacaq seriyada zaman dəyişimi olacaq, hadisələr iki il sonra yenidən davam edəcək.

Prodüserlər 5-ci sezonun yayımına maraqlı olmayıblar və “Çukur”un mayın 10-da finalı barədə qərar veriblər.