Məşhur fotoqraf Kəlbəcərdə minaya düşməkdən son anda xilas olub – VİDEObackend

Məşhur fotojurnalist Reza Deqati işğaldan azad edilən Kəlbəcər rayonunda səfərdə olan zaman mina təhlükəsi ilə üzləşib.

“Yeni Gündəm”-in xəbərinə görə, hadisə rayonun Susuzluq kəndinə gedən yolda baş verib.

R.Deqati ikisi jurnalist olmaqla Azərbaycanın üç mülki vətəndaşının minaya düşərək şəhid olduğu əraziyə gedib. Onu hərbçilər, o cümlədən minaaxtaranlar müşayiət edib. Yollar dağılmış-uçulmuş vəziyyətdə və təhlükəli olduğuna görə heyət hadisə yerinə piyada hərəkət etməli olub. Bu zaman yolda – R.Deqatinin tam yaxınlığında mina aşkarlanıb. Minaaxtaranların təlimatı ilə fotojurnalist hərəkəti dayandırıb. Ərazidə təhlükəsizlik tədbirləri görülüb.

 

Mina jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun minaya düşərək şəhid olduqları ərazinin tam yaxınlığında aşkarlanıb.