Məşhurların yaşadığı küçədə 14 minlik ev kirayələdibackend

Türkiyənin pop ulduzu Aleyna Tilki yeni albomunun hazırlıqları üçün Amerikaya gedib.

“Yeni Gundem” xəbər verir ki, o, Los- Ancelesin elit küçələrinin birində mənzil kirayələyib.

A. Tilki “Hollywood Hills”dəki ev üçün aylıq 14 min dollar ödəyəcək. Sənətçinin qonşuları Ben Afflek, Şeron Stoun, Kevin Kostner, Kianu Rivz, Salma Hayek və Tobi Maquayr kimi düyaca məşhur simalardır.

Həmin məhəllədə villaların satış qiyməti 10 milyon dollardan başlayır.