Metropoliten rəhbərliyi tarixi məhv edir – Memarbackend

Mənfəətə can atan metro idarəçiləri vestibülləri davamlı primitiv reklam sərgisinə çeviriblər. Metro stansiyaları reklam naminə məhv edilir.

Tribuninfo.az xəbər verir ki, bu barədə memar Elçin Əliyev fikir bildirib. O qeyd edib ki, reklamları elə yerləşdirmək olardı ki, tarixi memarlığı məhv etməsin. Ancaq bunu etmək üçün istək olmlaıdır:

“Bakı metrosunun sevimli stansiyalarından biri də sadə və gözəl interyerə malik «Gənclik»dir və onun interyerində heyrətamiz perspektiv yaradan sütunları. Sütun başlıqlarının işıqlandırılması sanki tavanı «qaldırır», stansiyanın əsas zalını daha yumşaq, havadar və parlaq edir. Divarları boyunca yerləşən sütunlara və karnizlərə şərq naxışı tətbiq olunub. Divarlardakı «sosialist modernizm»in qəddar üslubunda mozaika ilə bəzədilmiş panelləri də gözəldir.

Ancaq bu gün mənfəətə can atan metro idarəçiləri vestibülləri davamlı primitiv reklam sərgisinə çeviriblər. Təbii ki, büdcəyə pul qazandırmaq lazımdır, amma eyni zamanda öz tariximizə, zəngin mədəniyyətimizə hörməti və ləyaqəti qoruyub saxlamaqla…

Doğrudanmı reklamı elə yerləşdirmək mümkün deyil ki, memarlıq abidəsinin interyerini tamamlasın və bəzəsin, müəllifin tarixi dizaynını pozmasın? Əlbəttə ki, mümkündür, amma bunu etmək üçün sadəcə istək və minimum mədəniyyət səviyyəsinə sahib olmaq lazımdır”.

Nigar