Meyxanaçı Kərimin vəziyyəti ağırlaşdıbackend

Meyxanaçı Ağamirzə Məmmədov həmkarı Ağakərimin səhhətindən danışıb.

“Yeni Gündəm” xəbər verir ki, meyxanaçı “Baş mövsümü” proqramına qonaq olub. O, insult keçirən meyxanaçının vəziyyətinin pis olduğunu söyləyib:

“Ağakərim pisdir. Bizə dua etmək, Allahdan ona şəfa diləmək qalıb. Onun yanına gedib-gələndə çox pis oluram. Övladlarımı aparıram ki, gedin halını soruşun gəlin. Özüm də oturub maşında gözləyirəm. Ürəyim kövrəkdir, onu elə görə bilmirəm”.

Qeyd edək ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb.Musavat