Milyonçu deputat Sabir Hacıyev mandatsız qalır – partiyası kimi…backend

20 ildir deputat olan Sabir Hacıyev bu seçkidə mandatsız qala bilər. “Yeni Gundem” bildirir ki, 88 saylı Göyçay seçki dairəsinin 2005-ci ildən deputatı olan Sabir Hacıyevə “bəsdir” tövsiyəsi alıb. Ötən il sədri olduğu Vətəndaş Birliyi Partiyası ləğv edilib və bu addımla işarə olunub ki, növbəti dəfə deputatlıq şansını itirir.
Qeyd edək ki, Sabir Hacıyev varlı millət vəkilidir.
Uzaq Mərkəzi Amerikadakı Belizedə deputat Sabir Hacıyevin ailə üzvlərinin və qohumlarının biznesi məşhurdur. Elə İngiltərə və Maltada da…
Sabir Hacıyevin kiçik oğlu Kamal Hacıyev bir tərəfdən Karib dənizi, digər tərəfdən qalın cəngəlliklərlə əhatələnmiş keçmiş ispan koloniyasında şirkətlərini qeydiyyatdan keçirəndə 25 yaşı vardı. O zaman Londondakı Regent’s Business məktəbini qlobal biznes menecment ixtisası üzrə yeni bitirmişdi. Bu məktəb körfəz ölkələri, Asiya və postsovet məkanından olan tələbələr üçün populyardır.
Kamal Hacıyevin 2009-cu il fevralın 11-də Belizedə qeydiyyatdan keçirdiyi ROSSMORE LTD və FİRSTCİTY LTD (qeydiyyat nömrəsi RA000693_81330) şirkətləri paytaxtın Corner Eyre və Huston küçələrinin kəsişməsindəki Blake Building ofis mərkəzində fəaliyyət göstərir. Hər iki şirkətlə bağlı sənədlərdə deputatın oğlu Kamal Hacıyevin və onun həyat yoldaşının (məşhur işadamı Bəylər Məmmədovun qızı) adı çəkilir.
Həmin şirkətlər üzərindən Londonda daha 3 şirkət təsis olunub.