Mingəçevirdə 14 gün qabaq qəzaya düşən yeniyetmə öldübackend
Mingəçevirdə yol-nəqliyyat hadisəsinə düşən 14 yaşlı yeniyetmə ölüb.
Yanvarın 13-də Samux küçəsində Əhmədov Əhməd Heybətqulu oğlunun idarə etdiyi QAZ markalı avtomobillə Hətəmov Ülvi Cəmşid oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil toqquşub.
Nəticədə “Mercedes-Benz” markalı avtomobildə olan sərnişin 2009-cu il təvəllüdlü Rəsulzadə Turan Vüsal oğlu ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.