“Misli”də mərc oyunu oynayanlara banklar kredit vermir?backend

Qanuni mərc oyunu sayılan “Misli”də mərc oyunu oynayanlara banklar kredit verməkdən imtina edir.

“Yeni Gundem” xəbər verir ki, belə problemlə kredit götürmək istəyən Umud Gülalıyev üzləşib. Ona bankdan bildirilib ki, “Misli”də ona pul yükləndiyi üçün kredit verə bilməzlər:

“Deməli, “Rabitəbank”a kreditlə bağlı müraciət etmişdim. Hər şey qaydasında idi. Sadəcə sonra bildirildi ki, sizə kreditlə bağlı imtina gəldi. Səbəbini soruşdum. Deyirlər, maaş kartının çıxarışında “Misli”də 4-5 dəfə pul yüklənilib. Bu nə dərəcədə doğrudur? Hər halda qara bazar deyil, “Misli”dir. “Misli” də bar-bar bağırır ki, qanunu mərc oyunudu”.

Nigar