MN: Ermənistan sərhəddə canlı qüvvə və döyüş texnikası cəmləşdirir, təxribata zəmin yaradır – GƏRGİNLİKbackend

Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirən Ermənistan silahlı qüvvələri bölmələrinin aktivliyi tərəfimizdən müşahidə edilir.

Bu barədə “Yeni Gundem” -ə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Bununla qarşı tərəf növbəti təxribata zəmin yaratmağa cəhd göstərir. Bir daha bildiririk ki, bölgədə yaranmış gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.