“Naxçıvanın muxtar statusu ləğv edilə bilər, yoxsa yox, bu çox ciddi sualdır” – Eldəniz Əmirovbackend

“Naxçıvanın muxtar statusu ləğv edilə bilər, yoxsa yox, bu çox ciddi sualdır.Naxçıvanın muxtariyyət statusu 1921-ci ildə bağlanmış Qars müqaviləsilə təsbit edilib.Bu müqavilə Türkiyə Naxçıvan ərazisinə Azərbaycan ordusundan başqa bir ordunun daxil olması halında, Naxçıvanın təhlükəsiziyini özü üzərinə götürmək hüquqi verib.Bundan sonrakı proseslərdə də bütün hüquqi bazalar buna uyğun formalaşdırılıb.Konstutsiyamızda yüzə yaxın yerdə Naxçıvan muxtar statusda təsbit olunub.Bir Fəsil və 7 maddə isə tam olaraü Naxçıvan MR-ə həsr edilib.Eyni zamanda Naxçıvan MR-nın öz konstitusiyası var.Və bu konstitusiyası Azərbaycan Respublikasının konstitusiya qanunu ilə təsdiq edilib.Lakin bu demək deyil ki, Muxtar Respublikası statusu ləğv edilə bilməz.Azərbaycan Respublikasının Konstitsiyasının 7-ci maddəsinin birinci bəndində aydın qeyd edilir ki, Azərbaycan dövləti demokratik, huquqi, dünyəvi, unitar respublikadır”.

“Yeni Gundem”in xəbərinə görə, bunu açıqlamasında ekspert Eldəniz Əmirov bildirib.

Eldəniz Əmirov unitar ölkə üçün xas olan xüsusiyyətlər sadalayıb:”Ölkənin bütün ərazisində qüvvədə olan vahid konstitusiya,Ölkənin bütün ərazisinə şamil edilən yuridiksiyası, yüksək dövlət hakimiyyəti orqanlarının vahid sistemi, bələdiyyə orqanlarının ümumdövlət hakimiyyət orqanlarına tabe edilməsi.Bir sözlə, Naxçıvanın  Muxtar statusunun ləğv edilərək Azərbaycanın digər ərazisi vahidləri kimi eyni status alması asan proses olmasa da, amma mümkündür.
Hesab edirəm ki, bir çox aspektlərdə, o cümlədən iqtisadi baxımdan bu bölgənin inkişafı üçün müəyyən qərarların qəbul edilməsinə ciddi ehtiyyac vardır.Bu bölgənin ciddi xammal ehtiyatları, eləcə də heç bir bölgəmizdə olmadığı qədər üstün çoğrafi mövqeyə sahib olması ona inkişaf üçün müstəsna imkanlar yaradır.Hər halda bu imkanla muxtarlığın  iqtisadi prizmada nəticəsini az da olsa ortaya qoymalı idi. Əgər qoymadısa  deməli, yeni mexanizmilərin yaradılmasına ehtiyac var”.