“Nazirlikdən yoxlama gələndə təcili xəbərdarlıq edirlər ki,”TEZ YIĞIŞDIRIN”:İşdən çıxan meşə gözətçisi şok faktlar açıqladı – GÖRÜNTÜLƏRbackend

İri diametrli ağacların olduğu meşə massivlərindən ilin bütün fəsillərində mütamadi olaraq qanunsuz ağac kəsimi işləri aparılır. Kəsilən bu ağaclar həm yeşik emalı sexlərinə, həm də parket emalı müəssisələrinə satılır. Yeşik emalı sexlərinə daşınan oduncaq kütləsinin orta yük tutumlu bir maşınının qiyməti 1000 manat, parket istehsalı üçün daşınan matrealın bir kubu isə 400-600 manat civarında dəyişir.
Regionda parket emalı mərkəzləri olmadığı üçün bu istehsal məqsədi ilə kəsilən qiymətli ağaclar əsasən Bakı şəhərinə aparılır.

Bu işlər ETSN-nin Quba RMTM-nin rəhbərliyi tərəfindən xüsusi bir mexanizmlə həyata keçirilir. Bu mexanizmi xüsusi hala çevirən özəllik isə onun olduqca gizlin və səssiz təşkil edilmə zərurətidir. Ən birinci gizlilik ağacların izsiz kəsilməsidir.

Bu sözləri “7Times.az”-a ETSN-nin Quba RMTM-nin Vəlvələ meşəbəyliyinin 2-ci dolayında meşə gözətçisi işləmiş Zeynalov Ramin Ağalar oğlu bildirib.

Quba-Qusar meşələrindən qanunsuz kəsilərək parket sexlərinə daşınan qiymətli ağaclar öncə meşədən çıxarılaraq xüsusi həyətlərə gətirilir. Daha sonra həmin oduncaq qapalı yük avtomabilləri ilə Bakıya aparılır.
Ramin Zeynalovun sözlərinə görə regionda yeşik emalı ilə məşğul olan sexlərə daşınan oduncaq kütləsidə əsasən qiymətli ağac növlərinə aid olur. Nazirlikdən gələn yoxlamaların diqqətini yayındırmaq üçün hər emal sexinə həyətlərində çinar ağacından ibarət bir neçə kub material saxlamaq tapşırılır ki, gələnlər görsünlər ki sexlər yalnız meşə fonduna aid olmayan çinar ağacı ilə işləyir.

Bariz şəkildə üzə çıxan çılpaq fikir emosianal yaşantının ahəngini pozduğu kimi milli sərvətimiz olan meşələrimizi qorumaqla mükəlləf olan ekologiya nazirliyinin məsul şəxsləridə zamanla öz sosial yaşantılarının ahəngini dəyişə bilib.

Bu ahəng o qədər dəyişibki əvvəllər YDM-də çalışan bir şəxs, Meşə təsürrüfatı mərkəzinə rəhbərlik etdiyi qısa müddət ərzində saya hesaba gəlməyəcək varidata yiyələnib. Hər halda heç kəsə hətta ekologiya nazirimizədə sirr deyilki kimsə aylıq 1000 manat əmək haqqı ilə 2 il ərzində Bakı şəhərində qiyməti 200 min manata, Quba şəhərində qiyməti 150 min manata olan mənzillərə, həmçinin 30-40 min manat civarında olan avtomabilə və digər daşınmaz əmlaklara sahiblənə bilməz. Görünən dağa nə bələdçi…
Hələ ötən ilin sentybar ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Meşə Fondundan istifadə şöbəsinin müdiri Sadiq Salmanov və həmin qurumun Meşələrin İnkişafı Xidmətinin Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Rəşad Mahmudov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ifşa edilmişdi.
Sadiq Salmanovun qiymətli növdən olan meşə materialının qanunsuz hərrac yolu ilə vətəndaşa ayrılmasını təşkil edəcəyini vəd edərək öz xidməti otağında tələb etdiyi pul məbləğinin 3 min manatını rüşvət qismində almasına, habelə, Sadiq Salmanovun Rəşad Mahmudovla əlbir olaraq növbəti dəfə eyni məqsədlə ona müraciət etmiş vətəndaşa rəsmi prosedurlardan kənar formada qiymətli ağac materiallarının verilməsi müqabilində hissə-hissə olmaqla ümumilikdə 3 min manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilmişdi.
Toplanmış ilkin sübutlar əsasında Sadiq Salmanova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri, Rəşad Mahmudova isə həmin Məcəllənin 311.3.1-ci maddəsilə ittiham elan edilib.

7Times.az