“Netflix” bu dəfə onlar barədə film çəkəcəkbackend

Dünyaca məşhur “Netflix” platforması “Eurovision”la bağlı film çəkir.

“Yeni Gündem” xəbər verir ki, ssenaristi və baş qəhrəmanı Will Ferrellin olduğu ekran işi İslandiya və Böyük Britaniyada lentə alınacaq.

Film iki sənətçinin müsabiqəyə qatılma hekayəsindən bəhs edəcək. Layihədə Demi Lovato, 2017-ci ildə birinci olan portuqaliyalı Salvador Sobral, 2018-i ilin qalibi Netta da yer alacaq.

Salvador Sobral filmdə küçə musiqiçisi obrazını yaradacaq.

Kino 2020-ci ilin mayında tamaşaçıların ixtiyarına veriləcək.